Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

Hazırda oxunan: Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

242445

Ukaynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlər veriblər.

Müttəhim Konstantin Kuçerin vəkili vəsatətinin birini əsaslandırarkən deyib ki, ibtidai istintaq vaxtı 12-dənə vəsatət verib. Lakin bu vəsatətlərin təmin olunub-olunmaması barədə onlara hər hansı bir məlumat verilməyib.

Müdafiəçi bu məsələni aydınlaşdırmaq üçün müvafiq qurumlara sorğu göndərilməsini xahiş
edib.


Proses zamanı hər iki təqsirləndirilən şəxsin vəkili hadisənin baş verdiyi Babək Plazadan video görüntülərin əldə edilməsi və zərərçəkən şəxsə xəsarətlərin yetirilməsi ilə bağlı Yeni klinikada aparılan rentgen müayənilərinin əldə olunması üçün birgə vəsatət veriblər.

Məhkəmə qeyd olunan məsələlər üzrə 3 vəsatəti təmin edib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün yenidən vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Proses aprelin 18-də davam edəcək.

Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.


"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib.

Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.

İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər.

Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.

Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO