Amerikalı iş adamı İlon Maskın atası Errol Mask oğlu ilə birlikdə Rusiya prezidenti Vladimir Putinə heyran olduqlarını və onu “güclü lider nümunəsi” hesab etdiklərini bildirib.
Bizim.Media xəbər verir ki, Errol Mask bu barədə BBC-yə müsahibəsində danışıb.
"Ailə olaraq biz cənab Putinə bir az heyranıq. Ona heyran olmamaq axmaqlıq olardı, çünki o, həmişə təmkinlidir. Mən onun çıxışlarına qulaq asıram, o, məntiqli şeylər deyir. Mən ölkələr arasındakı münasibətlərdən və bu kimi şeylərdən danışmıram, ancaq kişi kimi, cənab Putinə heyran olmamaq çox çətindir” – deyə Errol Mask deyib.
Errolun sözlərinə görə, həmçinin oğlu İlon da belə düşünür:
"Biz hamımız eyniyik, hamımız eyni fikirdəyik. "Bu adama (Putin – red.) güvənməyin" ritorikası ilə insanlar sizi inandırmağa çalışırlar ki, Putinin dediklərinə etibar etməməlisiniz. Amma digər tərəfdən, o, mənim üçün güclü lider nümunəsidir".
Bizim.Media