Maskın atasından Putinlə bağlı AÇIQLAMA: “Ailəlikcə ona heyranıq” - VİDEO

Maskın atasından Putinlə bağlı AÇIQLAMA: “Ailəlikcə ona heyranıq” - VİDEO

Hazırda oxunan: Maskın atasından Putinlə bağlı AÇIQLAMA: “Ailəlikcə ona heyranıq” - VİDEO

242305

İlon Maskın atası Errol Mask BBC-yə müsahibəsində etdiyi açıqlamalarla diqqət çəkib.

Bizim.Media xəbər verir ki, jurnalistin "Siz deyirsiniz ki, İlonla vaxtaşırı siyasi müzakirələr aparırsınız. O, nə vaxtsa Rusiya prezidentinin adını çəkibmi? O, Vladimir Putin haqqında nə düşündüyünü deyib?" sualına cavabında Putinə heyran olduğunu bildirib.

"Ailə olaraq biz cənab Putinə heyranıq. O, həmişə sakit olduğu üçün ona heyran olmamaq axmaqlıq olardı. Mən Putinin açıqlamalarını davamlı olaraq, izləyirəm, o hər zaman məntiqli açıqlamalar verir. Cənab Putinə heyran olmamaq mümkünsüzdür", – Errol Mask deyib.

Maskın atasının sözlərinə görə, təkcə özü deyil, oğlu İlon Mask da belə düşünür: "Biz hamımız eyniyik, hamımız belə düşünürük. Bütün bu ritorika - “bu adama etibar etməyin” kimi bəyanatlar cəfəngiyyatdır. İnsanların sizi inandırmağa çalışırlar ki, Putinin sözlərinə inanmamalısınız".

Errol Mask əlavə edib ki, o, Putini “güclü lider nümunəsi” hesab edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO