2018-ci ilin ən seksual kişisi “Calvin Klein”in reklam siması oldu - FOTO

2018-ci ilin ən seksual kişisi “Calvin Klein”in reklam siması oldu - FOTO

Hazırda oxunan: 2018-ci ilin ən seksual kişisi “Calvin Klein”in reklam siması oldu - FOTO

242162

Seksual alt paltarları ilə məşhur olan “Calvin Klein” yeni reklam kampaniyası üçün daim Jeremy Allen White (Ceremi Allen Uaytı) çəkib. İndi isə brendin yeni ulduzu ingilis üslubu və zərifliyi ilə İdris Elba seçilib.


Sfera.az bildirir ki, İdris Elba “Calvin Klein”in yeni siması olub.

 

Qeyd edək ki, dünyaca məşhur brend təkcə alt paltarı kampaniyaları ilə məşhur deyil.

 

Brend kino, moda, musiqi və digər sahələrdə məşhur dünya ulduzlarını öz reklam kampaniyalarına cəlb etməsi ilə tanınır.


Brend 2024-cü ilin yazında ikinci kişi geyimləri kampaniyası ilə geri dönür. Kadrlarda məşhur britaniyalı aktyor İdris Elba görünür.
 

“Calvin Klein” reklamında ulduz gündəlik geyimi üçün dəbli və rahat paltarlarda çəkilib. Kampaniyada klassik trenç, qırışlı pambıq gödəkçə, atlaz gödəkçə və dəbli kostyumlardan ibarət 2024-cü ilin yaz parçaları var. Qeyd edək ki, bu kolleksiyada bir çox geyim pambıq, yun və atlazdan hazırlanır və onlara mürəkkəb görünüş verir.

Elba özü bildirib ki, reklam kampaniyasında seçilməsi onun üçün çox böyük fəxrdir.


Xatırladaq ki, 2018-ci ildə İdris Elba “People” jurnalına görə yaşayan ən seksual kişi seçilib. Jurnal 1985-ci ildən bəri hər il ən seksual kişiləri namizəd seçir.

 

Aynil

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO