ABŞ-da güclü qasırğa: 90 milyon insan...

ABŞ-da güclü qasırğa: 90 milyon insan...

Hazırda oxunan: ABŞ-da güclü qasırğa: 90 milyon insan...

242157

ABŞ-ın mərkəzi ştatlarında güclü qasırğa başlayıb. 

Bizim.Media xəbər verir ki, yerli vaxtla günorta saatlarında başlayan “xüsusilə təhlükəli” kateqoriyaya aid edilən qasırğa Arkanzas, İllinoys, İndiana, Kentukki, Missuri, Missisipi və Tennessi ştatlarını əhatə edib.

Hadisə nəticəsində Missuri və Arkanzas ştatlarında evlər və fermalar dağılıb, elektrik naqilləri sıradan çıxıb. 

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Oklahomada yerləşən Fırtına Proqnoz Mərkəzinin məlumatına əsasən, Texasdan Men ştatına qədər uzanan ölkənin böyük bir hissəsində 90 milyondan çox insan kəskin hava şəraiti riski altındadır. 

Təbiət hadisəsinin sürətlə şərqə doğru irəlilədiyi bildirilir. Sinoptiklərin fırtınanın daha da böyüyəcəyini və dağıdıcı olacağını proqnoz ediblər.  

Bildirilir ki, Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında bir neçə günlük fasiləsiz yağış başlayacaq və bu da genişmiqyaslı daşqınlara səbəb olacaq. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO