İspaniya nəşri Teymur Rəcəbovdan yazdı - “Kasparovu qəzəbləndirən mükafat”

İspaniya nəşri Teymur Rəcəbovdan yazdı - “Kasparovu qəzəbləndirən mükafat”

Hazırda oxunan: İspaniya nəşri Teymur Rəcəbovdan yazdı - “Kasparovu qəzəbləndirən mükafat”

24209

İspaniyanın “El Pais” nəşri azərbaycanlı qrossmeyster Teymur Rəcəbova həsr olunmuş “Kasparovu qəzəbləndirən mükafat” adlı məqalə yayımlayıb.

Bizim.Media xəbər verir ki, nəşrdə şahmat üzrə ixtisaslaşmış ispaniyalı mühazirəçi, aparıcı, şərhçi və jurnalist Leontso Qarcia Teymur Rəcəbovun 15 yaşında şahmat üzrə dünya çempionu Harri Kasparov üzərində Linaresdə qazandığı qələbəni təhlil edib.

L.Qarsia dünyanın ən elit oyunçularından birinə çevrilməzdən əvvəl Teymur Rəcəbovun şahmat tarixinin ən heyrətamiz vunderkindlərindən biri kimi tanındığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Teymur Rəcəbov dünya çempionu ilə heç-heçə etdi


Nəşrdə Teymur Rəcəbovun dörd yaşda ikən şahmat oynamağı öyrəndiyi, ən gənc iştirakçı kimi 12 yaşında 18 yaşlılar arasında Avropa çempionatının qalibi olduğu qeyd edilib. T.Rəcəbov qrossmeyster adını qazanan dünyanın ən gənc şahmatçıları siyahısına daxil edilib. Belə ki, o, 2001-ci ildə 14 yaşında bu adı qazanıb.

İspan qəzetinin saytında yayımlanan Teymur Rəcəbov və Harri Kasparov oyununun video təhlilində Leontso Qarsia qarşılaşmanı belə şərh edir:

“Linaresdə 15 yaşlı Teymur Kasparovu qara fiqurlarla çox mübahisəli bir oyunda məğlub edib. Rusiyalının qəzəbinə baxmayaraq o, bu qarşılaşmaya görə turnirin ən gözəl oyunu üçün xüsusi mükafata layiq görülüb.

Münsiflər heyətinin üzvləri gözəlliyin subyektiv bir məfhum olduğuna baxmayaraq 15 yaşlı bir uşağın ən güclü fiqur olan ferzi dünya çempionu Kasparova qarşı qurban verməyə cəsarət etməsinin özlüyündə gözəl olduğunu etiraf ediblər. Bəzi tanınmış şahmat məşqçiləri bunu düzgün saysalar da, digərləri qurbanın elmi cəhətdən səhv olduğunu düşündükləri üçün onu qəbul etməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO