ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İn ilə şəxsi görüşünü istisna etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Kyodo News" nəşri yazıb.
"Bizim əla münasibətlərimiz var... O, ağıllı adamdır. Mən onu daha yaxşı tanımalıyam", - deyə Tramp qeyd edib.
O əlavə edib ki, Şimali Koreya lideri ilə qarşılıqlı əlaqə qurmaq çox vacibdir və gələcəkdə Kim Çen In ilə mümkün görüşü istisna etməyib.
Bundan əvvəl Tramp Ağ Evdə keçirilən mətbuat konfransında Şimali Koreya ilə dialoqu bərpa etmək istədiyini bildirmişdi.
Tramp əlavə edib ki, onlar Koreya lideri ilə artıq Sinqapur və Vyetnamda görüşüblər. Onların arasında yaxşı şəxsi münasibətlər yaranıb. ABŞ lideri Pxenyan ilə dialoqu davam etdirmək istəyir.
O, əlavə edib ki, əgər 2016-cı ildə ABŞ prezidenti Hillari Klinton seçilsəydi, Şimali Koreya ilə nüvə müharibəsi başlayacaqdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:25 / 01.04.2025
Tramp Kim Çen İn ilə görüşünü xatırladı: "Ağıllı adamdır"
Hazırda oxunan: Tramp Kim Çen İn ilə görüşünü xatırladı: "Ağıllı adamdır"
Hazırda oxunan: Tramp Kim Çen İn ilə görüşünü xatırladı: "Ağıllı adamdır"
241915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.