Dubayda itkin düşən modeldən xəbər var – FOTO

Dubayda itkin düşən modeldən xəbər var – FOTO

Hazırda oxunan: Dubayda itkin düşən modeldən xəbər var – FOTO

241814

Keçən həftəsonu Dubayda itkin düşən və "Only fans" modeli Mariya Kovalçukun huşunun yerində olduğu məlum olub. O, uğurlu nəticələnən növbəti əməliyyatdan sonra özünə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Kovalçukun ailəsinin dostu "aif.ru" nəşri ilə söhbətində məlumat verib.

"Bəli, Maşa nəhayət özünə gəldi. Son əməliyyat uğurla keçdi, indi irəlidə daha iki əməliyyatı var" - deyə, nəşrin həmsöhbəti bildirib.

Kovalçuk danışmağa başlayanda onun xəsarətlərində kimin əli olduğunu ictimaiyyətə açıqlaya biləcəkmi sualına rəfiqəsi konkret cavab verə bilməyib.

Marianın anası mətbuata ailənin müalicə üçün maddi yardıma ehtiyacı olmadığını deməsinə baxmayaraq, hazırda pul yığdıqları açıq aydındır.

"Bir qızın hekayəsində Maşanın fotosunu anasının hesab nömrəsi ilə paylaşdığını gördüm" - deyə, Kovalçukun dostu nəşrə vurğulayıb.

Xatırladaq ki, 20 yaşlı model martın 9-da yerli zənginlərlə əyləncə gecəsi zamanı yoxa çıxıb.

Mariya 10 gün sonra yolun kənarında ağır vəziyyətdə tapılıb: qolları, ayaqları və onurğası sınıb.

BƏƏ polisinin məlumatına görə, dəhşətli xəsarətlərə səbəb tikinti meydançasında böyük hündürlükdən yıxılma olub, lakin modelin qohumları belə qənaətlərə inanmır və onları saxta adlandırırlar.

Sosial şəbəkədə alternativ bir səbəb aktiv şəkildə müzakirə olunur - qızın pozğun bir məclisdə məruz qala biləcəyi zorakılıq. Bu fonda rus modellər və müşayiətçilər oxşar vəziyyətlə üzləşmək qorxusundan Dubayda işləməkdən kütləvi şəkildə imtina etməyə başlayıblar. (olay.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO