Donald Tramp ABŞ-ın Yəmənə zərbələri ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti “Truth Social”da yazıb.
O qeyd edib ki, Husilər və İran üçün əsl “qara günlər” hələ qarşıdadır: "İranın dəstəklədiyi husi terrorçuları son iki həftə ərzində amansız zərbələrlə məhv edilib. Onların bir çox döyüşçüləri və liderləri artıq aramızda deyil. Biz onları hər gün və gecə məhv edirik.
Onların gəmiçilik və regionu təhdid edən imkanları sürətlə məhv edilir. Hücumlarımız naviqasiya azadlığına təhlükə yaratmayana qədər davam edəcək. Husilərin seçimi aydındır. Amerika gəmilərinə atəş açmağı dayandırın, biz də sizə atəş açmağı dayandıracağıq.
Əks halda, biz yeni başlamışıq və həm husilər, həm də İrandakı sponsorları üçün əsl ağrılı günlər hələ gəlməkdədir”.
Bizim.Media