Türkiyəli bloger Ogün Özdemirə qarşı İrəvan səfəri zamanı cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda müəllim işləyən türkiyəli videobloger İrəvanın mərkəzində nələrə ŞAHİD olub? – VİDEO
Belə ki, bloger İrəvanda Respublika meydanında olarkən İnstaqramda canlı yayım açıb və izləyiciləri ilə Azərbaycan dilində danışıb. Planlarından söz açan bloger İrəvanın tarixi Azərbaycan torpağı olduğunu da vurğulayıb.
Bu çıxışından sonra Ermənistanda Özdemirə qarşı cinayət işi açılıb. Sözügedən videonu təqdim edirik:
Bizim.Media