2024-cü ildə Ukrayna Prezidenti Vladimir Zelenski və ailəsi 15,2 milyon qrivna (təxminən 361 min dollar) qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin Mətbuat xidməti məlumat yayıb.
"Xüsusilə, daxili dövlət kreditlərinin istiqrazlarının qaytarılması Zelenski ailəsinə 8 milyon 585 min qrivna qazandırıb. Həmçinin ailə Vladimir Zelenskinin prezident maaşı, bank faizləri və daşınmaz əmlakının icarəyə verilməsindən daha 6 milyon 700 min qrivna gəlir əldə edib.
Ukrayna prezidentinin ailəsinin gəlirlərinin əvvəlki illə müqayisədə artması icarə ödənişlərinin tam məbləğdə bərpası ilə bağlı olub. 2024-cü ilin sonunda dövlət başçısının ailəsinin balansı ciddi dəyişməyib", - məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:38 / 30.03.2025
Zelenski ailəsinin gəlirləri açıqlandı
Hazırda oxunan: Zelenski ailəsinin gəlirləri açıqlandı
Hazırda oxunan: Zelenski ailəsinin gəlirləri açıqlandı
241628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.