İnkassatora hücum edildi, pensiyaçıların pulları oğurlandı - VİDEO

İnkassatora hücum edildi, pensiyaçıların pulları oğurlandı - VİDEO

Hazırda oxunan: İnkassatora hücum edildi, pensiyaçıların pulları oğurlandı - VİDEO

241615

İtaliyanın Livorno şəhəri yaxınlığındakı Toskana bölgəsində pul daşıyan inkassatorlar qarət edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Unionesar portalı məlumat yayıb.

Bildirilir ki, cinayətkarlar təqaüd ödənişləri üçün nəzərdə tutulan 3 milyon avronu oğurlayıb yoxa çıxıblar.

On nəfərdən ibarət silahlı və maskalı qrup öncə Aureliya yolunda içərisində heyvanlar olan furqonu yandırıblar.
 

Baş verən partlayış və yanğın nəticəsində yolu bağlayan soyğunçular Livornodan Qrossetoya pul daşıyan iki zirehli maşının qarşısını kəsiblər. Cinayətkarlar sardiniya ləhcəsində qışqıraraq havaya atəş açıblar. Daha sonra inkassatorlardakı pulları oğurlayaraq onları gözləyən maşınlara minib aradan çıxıblar.


Hadisə ilə bağlı hüquq-mühafizə orqanları genişmiqyaslı əməliyyata başlayıblar. Bölgədə yollar bağlanıb, axtarışlar vertolyotlarla aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO