Xəbər verdiyimiz kimi, bu gün ölkə məscidlərində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bayram namazında iştirak etməyib. Hətta onun səhhətində problem yarandığına dair məlumatlar da yayılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Şeyx “Unikal”a açıqlama verib.
Onun sözlərinə görə, səhhətində heç bir problem yoxdur:
“Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm.
Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər.
Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb”, - deyə o qeyd edib.
Şeyxülislam Türkiyəyə səfərinin səbəbini açıqlamaq istəməyib:
“Bu, mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:28 / 30.03.2025
Allahşükür Paşazadə Türkiyədən Bakıya gəlmək üçün bilet tapmayıb?
Hazırda oxunan: Allahşükür Paşazadə Türkiyədən Bakıya gəlmək üçün bilet tapmayıb?
Hazırda oxunan: Allahşükür Paşazadə Türkiyədən Bakıya gəlmək üçün bilet tapmayıb?
241589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.