Ərdoğan: “Terrorçular Türkiyənin çağırışına əməl etməlidirlər”

Ərdoğan: “Terrorçular Türkiyənin çağırışına əməl etməlidirlər”

Hazırda oxunan: Ərdoğan: “Terrorçular Türkiyənin çağırışına əməl etməlidirlər”

241556

Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər.

Bizim.Media NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrikində deyib.

O bildirib ki, rəsmi Ankara “terrorsuz Türkiyə” hədəfi istiqamətində işlərini davam etdirir: “Dövlətimiz çağırış edərək öhdəsinə düşəni yerinə yetirib. İndi növbə qarşı tərəfindir. Onlar bu çağırışa şərtsiz əməl etməlidir. Bu mövzuda qeyri-məhdud vaxta və sonsuz səbirə malik deyilik”.

Ərdoğan qeyd edib ki, terrorçular vaxt itirmədən silahı yerə qoymalıdırlar: “Regional və qlobal siyasət, həmçinin daxildə cərəyan edən hadisələr bizə bu prosesi uğurla baş vurmaq üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaradır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO