Nazir göstəriş verdi: 720 polis mülki geyimdə izləyəcək...

Nazir göstəriş verdi: 720 polis mülki geyimdə izləyəcək...

Hazırda oxunan: Nazir göstəriş verdi: 720 polis mülki geyimdə izləyəcək...

241554

Türkiyədə 636 polis və 84 jandarma olmaqla, ümumilikdə 720 nəfər əməkdaş sərnişin kimi avtobuslara minib sürücüləri müşahidə edəcək.

Bizim.Media xəbər verir ki, bunu daxili işlər naziri Əli Yerliqaya deyib.

O, bayram tətili öncəsi yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə avtobuslarda mülki nəzarətin başladığını açıqlayıb.

Nazir bildirib ki, mülki nəzarətçilər səyahət zamanı sürücülərin qaydalara əməl edib-etmədiyini yoxlayacaq. Xüsusilə sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və digər yol hərəkəti qaydalarına əməl edilməsi nəzarətdə saxlanılacaq.

“Lütfən, sürət həddini aşmayaq, avtobuslarda və digər nəqliyyat vasitələrində təhlükəsizlik kəmərindən istifadəni unutmayaq. Unutmayaq ki, səyahətlər sizi sevdiklərinizə qovuşdurmaq üçündür, ayırmaq üçün deyil", - nazir bildirib. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO