Ukrayna Tramp administrasiyası tərəfindən təklif olunan geniş iqtisadi sazişə, o cümlədən ABŞ investisiyalarının artırılmasına dair öhdəliklərə düzəlişlər etmək tələbi ilə ABŞ-a sorğu göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə “Blumberq“ məlumat yayıb.
Martın 28-də videokonfrans zamanı Ukrayna rəsmiləri amerikalı həmkarları ilə 60 səhifəlik saziş layihəsinin təfərrüatını müzakirə ediblər.
Layihəyə görə, ABŞ vaxt məhdudiyyəti olmadan Ukraynada iri infrastruktur və mineral layihələr üzərində nəzarəti əldə edəcək.
Rəsmi Kiyev narahatdır ki, saziş Avropaya inteqrasiyanı çətinləşdirəcək, həmçinin münaqişə başlayandan bəri verilmiş bütün hərbi və iqtisadi yardımların əvəzinin ABŞ-a ödənilməsi tələb ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
07:29 / 30.03.2025
Ukraynanın ABŞ-dan tələbi: Bu razılaşmaya yenidən baxın!
Hazırda oxunan: Ukraynanın ABŞ-dan tələbi: Bu razılaşmaya yenidən baxın!
Hazırda oxunan: Ukraynanın ABŞ-dan tələbi: Bu razılaşmaya yenidən baxın!
241530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.