Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı təklifləri yersiz və tezdir. Çünki bunun üçün hələ heç bir şərait yoxdur.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “YouTube” platformasında yayımlanan “Ultrahang” kanalına müsahibəsində deyib.
"Sülhün qorunması yalnız sülh olduqda aktual ola bilər. Müharibə zamanı sülhün qorunmasından danışmaq mənasızdır. Orada ümumiyyətlə sülhməramlıların olub-olmayacağı, nə vaxt və necə olacağı bəlli deyil. Bunun üçün minimum şərtlər belə yoxdur", - nazir əlavə edib.
Siyartonun sözlərinə görə, hazırda əsas məsələ sülh bağlamaq, atəşkəs şərtlərini razılaşdırmaq lazımdır. (report.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
02:36 / 30.03.2025
Siyarto: Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı təkliflər yersizdir
Hazırda oxunan: Siyarto: Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı təkliflər yersizdir
Hazırda oxunan: Siyarto: Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı təkliflər yersizdir
241525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.