Tailandda və Myanmada baş verən güclü zəlzələ nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.
Bizim.Media xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib.
Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir.
Myanmada güclü zəlzələ nəticəsində isə ölənlərin sayı 1000-i ötüb, zəlzələ nəticəsində yaralananların sayı 2300-dən çoxdur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:44 / 29.03.2025
Zəlzələdə azərbaycanlılar xəsarət alıb? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Zəlzələdə azərbaycanlılar xəsarət alıb? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Zəlzələdə azərbaycanlılar xəsarət alıb? - RƏSMİ AÇIQLAMA
241456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.