Xəbər verdiyimiz kimi, ötən gün Myanmanın mərkəzində 7,7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Taylandın Banqkok şəhərində zəlzələdən sonra xəstəxanalar evakuasiya edilib.
Qısa müddət keçdikdən sonra bir qadın küçədə doğuş edib. Xəstəxana işçilərinin yardımı ilə onun oğlu dünyaya gəlib.
Qeyd edək ki, ötən gün Myanmarda ard-arda iki güclü zəlzələ olub. Zəlzələlərdən biri Rixter cədvəli ilə 7.7 digəri isə 6.4 bal gücündə olub.
Yeraltı təkanlar o qədər güclü olub ki, Taylanda və regionun başqa ərazilərində də hiss olunub.
Bizim.Media