Qaqauzun rəhbəri həbs edildi

Qaqauzun rəhbəri həbs edildi

Hazırda oxunan: Qaqauzun rəhbəri həbs edildi

241366

Moldova Qaqauz Muxtar ərazisinin rəhbəri Yevgeniya Qutsul barəsində açılan cinayət işi üzrə yeni hallar elan edən prokurorların tələbi ilə 20 sutka müddətinə həbs edilib.

Bizim.Media TASS -a istinadla xəbər verir ki, bu barədə Kişinyov rayon məhkəməsi qərar verib.

"Yevgeniya Qutsula qarşı 20 sutka müddətinə həbs qətimkan tədbirinin tətbiqi barədə vəsatət qismən təsdiq edilsin", - hakim Sergey Çiobanu qərarı oxuyub.

Qaqauziyanın rəhbəri martın 25-də axşam saatlarında Kişinyov hava limanında İstanbula uçuş üçün qeydiyyatdan keçərkən saxlanılıb. Milli Antikorrupsiya Mərkəzi onun 72 saat həbsdə saxlandığını elan edib. Qutsul 2023-cü ildə Qaqauziyada keçiriləcək prezident seçkiləri üçün seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO