Valideynlər pis qiymət alan uşaqlarına işgəncə verdilər

Valideynlər pis qiymət alan uşaqlarına işgəncə verdilər

Hazırda oxunan: Valideynlər pis qiymət alan uşaqlarına işgəncə verdilər

241360

Maqadanda ər və arvad övladlarına məktəbdə pis qiymət aldığına görə işgəncə veriblər.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, Korobeynikov soyadlı valideynlər övladları - oğlunu və qızını pis qiymət aldığına və onlara itaətsizlik etdiyinə görə vəhşicəsinə döyüblər.

Eləcə də onları şüşə, noxud və duzun üstündə dayanmağa məcbur ediblər.

Maqadan Şəhər Məhkəməsi tərəfindən müəyyən edilib ki, valideynlərin davamlı işgəncəsi 3 il - 2020-ci ildən 2023-cü ilə qədər davam edib.

Onların övladlarına amansız davranışı yalnız 2023-cü ilin yayında bəlli olub.

İşgəncə görən qıza beyin travması, beyin sarsıntısı və 74 ağır xəsarət diaqnozu qoyulub.

Mühakimə olunan ailənin başçısı Korobeynikov Şimal Hərbi Dairəsində ağır xüsusi təlimə göndərilib.

Uşaqlarına amansız davranan ana isə cəzasını ümumi rejimli koloniyada çəkəcək. Ona 3,5 il cəza kəsilib. Eyni zamanda qadın həm də uşaqlara mənəvi ziyana görə təzminat ödəyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO