Cənubi Koreyada tüğyan edən meşə yanğınlarının miqyası ötən günlə müqayisədə cümə axşamı iki dəfə artıb. Hakimiyyət orqanları ən azı 27 nəfərin ölümünə səbəb olan yanğınları ölkənin ən dəhşətli təbii fəlakəti adlandırıb. Yanğın tarixi məbədləri məhv edib.
Bizim.Media xəbər verir ki, Cənubi Koreyanın mərkəzi İyson qəzasında başlayan ən böyük yanğın nəticəsində 33 min hektardan çox ərazi yanıb. 2000-ci ilin martında yanğın 24 min hektar ərazini məhv edib.
“Biz bütün ölkə miqyasında kritik vəziyyətdəyik, meşə yanğınlarının görünməmiş sürətlə yayılması nəticəsində çoxsaylı insan tələfatı var”, - deyə Prezident səlahiyyətlərini icra edən Han Dok Su yanğınların aradan qaldırılması ilə bağlı hökumətin iclasında bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:53 / 27.03.2025
Meşə yanğını 27 nəfərin ölümünə səbəb oldu
Hazırda oxunan: Meşə yanğını 27 nəfərin ölümünə səbəb oldu
Hazırda oxunan: Meşə yanğını 27 nəfərin ölümünə səbəb oldu
241262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.