Ərdoğan onunla danışıqlar apardı

Ərdoğan onunla danışıqlar apardı

Hazırda oxunan: Ərdoğan onunla danışıqlar apardı

241261

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 27-də Ankarada Somali Federativ Respublikasının lideri Hasan Şeyx Mahmudla görüşüb.

Bizim.Media xəbər verir ki, Prezident Kompleksində mətbuata qapalı keçirilən danışıqlarda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak ediblər.

İkitərəfli əlaqələrin dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyə-Somali münasibətləri Prezident Ərdoğanın 2011-ci ildə Moqadişuya səfərindən sonra aktiv şəkildə inkişaf etməyə başlayıb.

2015-ci ildə Türkiyə Somalidə ən böyük xəstəxana inşa edib, 2017-ci ildə isə Moqadişuda TÜRKSOM Türkiyə hərbi təlim kompleksi açılıb. Bu gün Türkiyənin “Oruç Reis” seysmik kəşfiyyat gəmisi Somali sahillərində üç sektorda neft və qaz kəşfiyyatını davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO