Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya və ABŞ arasında məsləhətləşmələrin ikinci raundu Ər-Riyadda aprelin ortalarında keçirilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə TASS danışıqların təşkili prosesi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, ölkələr arasında texniki məsləhətləşmələr davam etdiriləcək. Onun sözlərinə görə, hələki danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunmayıb.
“Nümayəndə heyətləri aprelin ortalarında Ər-Riyadda daha bir görüş keçirə bilər”, - deyə mənbə bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların yeni raundu üçün heç bir tarix olmadığını açıqlamışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:02 / 27.03.2025
Ər-Riyadda məsləhətləşmələrin ikinci raundu aprelin ortalarında baş tuta bilər
Hazırda oxunan: Ər-Riyadda məsləhətləşmələrin ikinci raundu aprelin ortalarında baş tuta bilər
Hazırda oxunan: Ər-Riyadda məsləhətləşmələrin ikinci raundu aprelin ortalarında baş tuta bilər
241252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.