Gürcüstanda Saakaşvilinin partiyası qadağan olunacaq

Gürcüstanda Saakaşvilinin partiyası qadağan olunacaq

Hazırda oxunan: Gürcüstanda Saakaşvilinin partiyası qadağan olunacaq

241243

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyası və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

"Artıq indiki mərhələdə aydındır ki, istintaq [parlament] komissiyasının rəyi bu partiyaların konstitusiyaya zidd elan edilməsi üçün möhkəm hüquqi baza olacaq və mən əminəm ki, Konstitusiya Məhkəməsi obyektiv qərar verəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, həmin müxalif partiyalar bu ölkədə nəinki yerli özünüidarə orqanlarına seçkilərdə, heç bir başqa seçkidə iştirak edə bilməyəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO