Fransa və Böyük Britaniya yaxın günlərdə Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron liderlərin Ukraynaya dəstək üçün Parisdə keçirilən görüşündən sonra bildirib.
Makron qeyd edib ki, bu gün xarici işlər nazirlərinə atəşkəs rejiminə necə nəzarət etmək barədə təkliflər hazırlamaq tapşırığı verilməsi qərara alınıb. Nazirlərin təkliflərlə çıxış etmək üçün üç həftə vaxtı olacaq.
Eyni zamanda, Makron qeyd edib ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə işləmək üçün Ukraynaya hərbi heyət göndərəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:34 / 27.03.2025
Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcək
Hazırda oxunan: Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcək
Hazırda oxunan: Fransa və İngiltərə Ukraynaya hərbi heyət göndərəcək
241234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.