Vaşinqton aprelin 30-dək Ukraynada atəşkəsə nail olmaq istəyir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə The Economist yazır.
“ABŞ rəsmiləri Trampın hakimiyyətdə olduğu ilk 100 gün ərzində atəşkəsə nail olacağına ümid edirlər”, – deyə nəşr qeyd edib.
Nəşr hərbi əməliyyatların dayandırılmasına dair sazişin bağlanmasının gecikdirilməsinin hazırda cəbhədə taktiki və strateji üstünlüyə malik Rusiyanın əlinə keçə biləcəyinə diqqət çəkir.
Eyni zamanda, Vladimir Zelenski qorxur ki, Rusiya ilə xoşagəlməz sövdələşmə Ukrayna vətəndaşları arasında mənfi reaksiyaya səbəb olacaq.
Bundan əvvəl Zelenski Rusiyanın bundan imtina edəcəyi ümidi ilə atəşkəsə razılaşdığını bildirmişdi.
Bizim.Media