Pilot 2 saatlıq uçuşdan sonra təyyarəni geri qaytardı - Bu əşyasını evində unudubmuş... - FOTO

Pilot 2 saatlıq uçuşdan sonra təyyarəni geri qaytardı - Bu əşyasını evində unudubmuş... - FOTO

Hazırda oxunan: Pilot 2 saatlıq uçuşdan sonra təyyarəni geri qaytardı - Bu əşyasını evində unudubmuş... - FOTO

241201

Ötən həftə ABŞ-da qəribə hadisə baş verib. Belə ki, ABŞ-dan Çinə uçan təyyarə 2 saatlıq səyahətdən sonra qəfil geri dönüb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə səbəb təyyarənin pilotu olub. Məlum olum ki, pilot pasportunu evdə unudub.

Ona görə də Los-Ancelesdən Şanxaya uçan “United Airlines”a məxsus “Boeing 787” təyyarəsi Sakit okean üzərindən iki saatlıq uçuşdan sonra geri qaytarılıb. Pilota xatırladılıb ki, o pasportsuz uçur. Geri dönüş zamanı ekipaj arasında böyük qalmaqal yaşanıb. Çünki, bu olayda ən çox zərər çəkən təyyarədə 257 nəfər sərnişin olub.

Nəzərə alaq ki, əgər pilot Şanxaya pasportsuz gəlsəydi, o saxlanılıb deportasiya oluna bilərdi.

“United Airlines” böyük məbləğdə cərimə olunardı.

Pilotun pasportunun olmaması sonrakı problemlərin yalnız başlanğıcı idi. Belə ki, təyyarə San-Fransiskoya eniş edəndən sonra sərnişinlər üçün yeni təyyarə axtarışına başlanılıb. Nəhayət sərnişinlər 7 saat gecikmə ilə mənzil başına çatıblar.



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO