BMT Azərbaycana nümayəndə göndərəcək

BMT Azərbaycana nümayəndə göndərəcək

Hazırda oxunan: BMT Azərbaycana nümayəndə göndərəcək

241168

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi Azərbaycana texniki missiya göndərəcək.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclasında deyib.

 

S.Nuriyev dialoq şəraitində hazırlıq işlərinin aparılacağını bildirib və COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsinin zəruriliyini qeyd edib. Samir Nuriyev, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO