Rusiya vətəndaşı olmaq istəyənlərin sayında KƏSKİN AZALMA

Rusiya vətəndaşı olmaq istəyənlərin sayında KƏSKİN AZALMA

Hazırda oxunan: Rusiya vətəndaşı olmaq istəyənlərin sayında KƏSKİN AZALMA

241167

Rusiya vətəndaşı olmaq istəyən və Rusiya Federasiyasında yaşamaq icazəsi alanların sayı getdikcə azalır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin statistikasında açıqlanıb.

Rusiya KİV-nin məlumatına görə, 2024-cü ildə 209 min nəfər Rusiya pasportu alacaq ki, bu da son 5 ilin ən aşağı göstəricisidir.

Eyni zamanda Rusiyadan deportasiya edilən əcnəbilərin sayı rekord həddə çatıb. Daxili İşlər Nazirliyi bu tendensiyanı immiqrasiya sahəsində nəzarətin gücləndirilməsi ilə izah edir.

Ekspertlər hesab edirlər ki, statistik rəqəmlərə “Crocus Hall”da baş vermiş terror aktı və vətəndaşların repatriasiyası ilə bağlı “məqsədli işin” aparılmaması da təsir edib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO