Cənubi Koreyada meşə yanğınları nəticəsində 24 nəfər həyatını itirib

Cənubi Koreyada meşə yanğınları nəticəsində 24 nəfər həyatını itirib

Hazırda oxunan: Cənubi Koreyada meşə yanğınları nəticəsində 24 nəfər həyatını itirib

241142

Cənubi Koreyanın cənub-şərqində baş verən meşə yanğınları nəticəsində azı 24 nəfər həyatını itirib.

Bizim.Media “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, yanğınların söndürülməsi üçün onlarla helikopter, 5 minə yaxın canlı qüvvə və 560-a yaxın texnika səfərbər edilib.
 

Güclü külək və quru hava şərtləri yanğınların nəzarət altına alınmasını çətinləşdirib. Hazırda yanğın 17 min hektar meşə sahəsini və 209 evi məhv edib. Bundan əlavə, yanğın 681-ci ildə tikilmiş qədim Kounsa məbəd kompleksini də dağıdıb.


Cənubi Koreya prezidenti vəzifəsini icra edən Han Dok Su meşə yanğınlarını ölkənin tarixindəki ən dəhşətli hadisələrdən biri kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO