“Ukraynanın pulu yoxdur, dözə bilməyəcək” - Zelenski

“Ukraynanın pulu yoxdur, dözə bilməyəcək” - Zelenski

Hazırda oxunan: “Ukraynanın pulu yoxdur, dözə bilməyəcək” - Zelenski

241068

"Əgər atəşkəs olsa, fasilə yaransa, ordu dözə biləcəkmi? Onların istirahətə, rotasiyaya, ehtiyata, maaşa ehtiyacı var. Ukrayna bunun öhdəsindən gələ bilməz”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Time” jurnalına müsahibəsində deyib

Onun sözlərinə görə, Ukrayna ordusuna vəsaitin ayrılması üçün xüsusi proqramlar olmalıdır:
“Avropa onları maliyyələşdirməlidir. İdealı olaraq isə Avropa və Amerika maliyyələşdirməlidir. Amma indiki şəraitdə mən daha çox Avropaya güvənirəm".

O qeyd edib ki, Ukraynanın ordunu maliyyələşdirmək üçün pulu yoxdur.

"Məncə, bu, əsl problemdir, çünki ordu həmişə indikindən daha kiçik olub. Ordu əvvəlkindən üç dəfə çox olanda isə onu maliyyələşdirmək lazım gələcək. Ukrayna bunun öhdəsindən gələ bilməz", - deyə Zelenski vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO