Makrona şillə vuran şəxs görün kimdir? – DETALLAR

Makrona şillə vuran şəxs görün kimdir? – DETALLAR

Hazırda oxunan: Makrona şillə vuran şəxs görün kimdir? – DETALLAR

24106

Fransanın Drome departamentinə səfəri zamanı prezident Emmanuel Makrona şillə vuran şəxsin peşəkar idmançı olduğu müəyyənləşib.

Bizim.Media "AFP"yə istinadən xəbər verir ki, dövlət başçısına hücum edən şəxs Damien T. adlı 28 yaşlı fransız gənc olub. Makrona şillə vuran şəxs uzaq şərq qılıncoynatma sənəti olan

Kendo ilə məşğul olub və eyni zamanda HEMA ustasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Makron şillə məsələsinə aydınlıq gətirdi - VİDEO


Qeyd edək ki, Damien T. sosial mediada ifrat sağçı fikirləri ilə diqqət çəkib. Valence Prokurorluğu açıqlayıb ki, Makrona hücum edən və onunla birgə saxlanılan dostunun bu günə qədər məhkumluğu olmayıb.

Məlumat üçün bildirək ki, 28 yaşlı fransız 11 və ya 12-ci əsrlərdə Fransa krallarının döyüşlərdə istifadə etdiyi "Montjoie Saint-Denis!" şüarı ilə Makrona şillə vurub və ardınca "məhv olsun Makron", - deyə bildirib.

Baş verənlərə münasibət bildirən Fransa Prezidenti Emmanuel Makron qeyd edib ki, hərəkətlərdə və ritorikada şiddət və nifrət olmamalıdır, əks təqdirdə demokratiya təhdidə çevriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO