Ötən il BMT-nin 101 əməkdaşı həbs edilib

Ötən il BMT-nin 101 əməkdaşı həbs edilib

Hazırda oxunan: Ötən il BMT-nin 101 əməkdaşı həbs edilib

240989

Ötən il BMT-nin dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən 101 əməkdaşı həbs edilib.

Bizim.Media xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında bildirib.

Baş katib paylaşdığı müraciətində hökumətləri BMT əməkdaşlarının təhlükəsizliyini və müdafiəsini gücləndirməyə, bu cinayətlərə görə ədaləti tələb etməyə çağırıb:
 

“Hazırda BMT-nin dünya üzrə həbsdə olan 52 əməkdaşından 23-ü Yəməndə əsassız olaraq saxlanılıb. Onlardan səkkizi İnsan Hüquqları Ofisinin əməkdaşlarıdır. Bu şəxslərin həbsi ədalətsizlikdir”.


BMT Baş katibi əməkdaşlarının dərhal və şərtsiz azad edilməsi üçün çağırışını bir daha təkrarlayıb. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO