Yeni “müalicə” METODU – Xəstələr aptek yerinə muzeyə GÖNDƏRİLİR

Yeni “müalicə” METODU – Xəstələr aptek yerinə muzeyə GÖNDƏRİLİR

Hazırda oxunan: Yeni “müalicə” METODU – Xəstələr aptek yerinə muzeyə GÖNDƏRİLİR

240938

İsveçrədə həkimlər xəstələrinə resept olaraq pulsuz muzey ziyarəti yaza bilərlər.

Bizim.Media "Medimagazin"ə istinadən xəbər verir ki, İsveçrənin Neuchatel şəhərində həkimlər psixi və fiziki sağlamlığın yaxşılaşdırılmasına yönəlmiş təşəbbüs çərçivəsində xəstələrinə pulsuz muzey ziyarətləri təyin edə bilərlər.

Belə ki, bu fikir təkcə sənətdən həzz almaq üçün deyil. Bu, həm də elm tərəfindən dəstəklənən metoddur.

Proqram başlayandan bəri cəmi 10.000 İsveçrə frankı əhatə edən büdcə ilə 500-ə yaxın resept paylanıb.

Qeyd edək ki, proqram müvəffəqiyyətli olarsa, yerli hakimiyyət orqanları bu proqramı teatr və rəqs kimi digər mədəni fəaliyyətlərə də genişləndirmək niyyətindədirlər.

Neuchatel Xəstəxana Şəbəkəsinin cərrahiyyə şöbəsinin müdiri Dr. Marc-Olivier Sauvain də xəstələrə muzey ziyarətlərini tövsiyə edib, xüsusilə bunun əməliyyata hazırlaşan xəstələrə kömək olacağını deyib:

"Düşünürəm ki, bu xəstələr muzey reseptlərindən tam faydalanacaqlar. Bu, həm fiziki, həm də intellektual məşq üçün bir şansdır.”

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO