“Rusiya-ABŞ danışıqlarının detalları GİZLİ SAXLANILACAQ” – PESKOV

“Rusiya-ABŞ danışıqlarının detalları GİZLİ SAXLANILACAQ” – PESKOV

Hazırda oxunan: “Rusiya-ABŞ danışıqlarının detalları GİZLİ SAXLANILACAQ” – PESKOV

240937

“Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda texniki məsləhətləşmələr aparıb. Artıq hər iki ölkənin rəhbərliyinə hesabatlar göndərilib. Buna görə də danışıqların məzmunu açıqlanmayacaq”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.

“Söhbət texniki danışıqlardan gedir. Texniki danışıqlar təfərrüatlı danışıqlardır, ona görə də təbii ki, bu danışıqların məzmunu açıqlanmayacaq. Bunu gözləmək lazım deyil. İndi nümayəndə heyətlərinin verdiyi hesabatlar təhlil edilir və yalnız bundan sonra hansısa anlaşmadan danışmaq mümkün olacaq”, - Peskov bildirib.

Qeyd edək ki, ötən gün Rusiya və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində qapalı görüşləri baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO