Kremlin planı ÜZƏ ÇIXDI – “Bu ərazilər də nəzarətə GÖTÜRÜLƏCƏK”

Kremlin planı ÜZƏ ÇIXDI – “Bu ərazilər də nəzarətə GÖTÜRÜLƏCƏK”

Hazırda oxunan: Kremlin planı ÜZƏ ÇIXDI – “Bu ərazilər də nəzarətə GÖTÜRÜLƏCƏK”

240923

“Konstitusiyada Rusiyadan ayrılma mexanizmi yoxdur. Bizə bütün Zaporojye və bütün Xerson vilayəti lazımdır”.

Bizim.Media xəbər verir ki, bu barədə “The Moscow Times” adı açıqlanmayan Kreml rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin digər mənbəsinə görə, Kreml ümid edir ki, Vaşinqton ola bilsin Kiyevə qoşunlarını Rusiya Federasiyasının dörd “yeni regionun”dan tamamilə çıxarmaq üçün təzyiq göstərəcək.

“Rusiya nümayəndə heyəti Səudiyyə Ərəbistanında ABŞ ilə danışıqlar zamanı Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindəki bütün ərazilərin Rusiya ordusunun tam nəzarət etməməsinə baxmayaraq, Kremlin nəzarətinə verilməsini tələb edib.

Ya Tramp onların getməsinə təsir edəcək, ya da bizə bu mesaj veriləcək: “Uzunmüddətli danışıqlara başlayın və paralel olaraq həmin ərazilərə nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadə edin", - deyə nəşr qeyd edib.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO