Almaniya Xarici İşlər Nazirliyi ölkədə nümayişçilərin dağıdılmasına görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə ölkəyə giriş qadağası qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya departamenti məlumat yayıb.
“Gürcülər 3 aya yaxındır ki, öz ölkələrinin Avropa İttifaqında (Aİ) gələcəyinə dəstək və hazırkı hakimiyyətin kursuna qarşı etiraz aksiyalarında iştirak edirlər. Bu gün Almaniya buna görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə səyahət qadağası qoyub", - bəyanatda deyilir.
Qeyd edək ki, Gürcüstanda 2024-cü ilin oktyabrında keçirilən seçkilərdən sonra başlayan kütləvi etirazlar bir neçə ay davam edib.
Ayşən Rəhim, Bizim.Media

- A-
- A
- A+
Dünya
13:47 / 25.03.2025
Almaniyadan Gürcüstan rəsmilərinə SANKSİYA
Hazırda oxunan: Almaniyadan Gürcüstan rəsmilərinə SANKSİYA
Hazırda oxunan: Almaniyadan Gürcüstan rəsmilərinə SANKSİYA
240917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.