Vaşinqton Bakıya hərbi yardım edəcəkmi? – Blinkendən AÇIQLAMA

Vaşinqton Bakıya hərbi yardım edəcəkmi? – Blinkendən AÇIQLAMA

Hazırda oxunan: Vaşinqton Bakıya hərbi yardım edəcəkmi? – Blinkendən AÇIQLAMA

24091

ABŞ Azərbaycana hərbi yardım göstərilməsinin məqsədəuyğunluğunu müzakirə edəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı səsləndirib.

Ermənipərəst komitə sədri Demokrat Robert Menendez çıxışı zamanı Co Bayden administrasiyasının müstəsna əsasda Azərbaycan hökumətinə, o cümlədən hərbi yardım göstərmək qərarından məyusluğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Blinken: ''ABŞ Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxarılmasını izləyir”


Buna cavab olaraq Amerika diplomatiyasının rəhbəri administrasiyanın bu qərarın mümkünlüyünü nəzərdən keçirəcəyini söyləyib.

"Bu mövzuda, xüsusən də əsirlərin geri qaytarılması və münaqişənin həqiqi həlli ətrafında fəal çalışdım. Düşünürəm ki, yardım məsələsinə yaxın vaxtlarda baxacağıq”, deyə Blinken qeyd edib.

Bu ilin may ayında ABŞ prezidenti Co Bayden 907-ci düzəlişin (“Azadlığa Dəstək Aktı”) dayandırılmasını uzadıb. Dəyişiklik 1992-ci ildə erməni lobbisinin təzyiqi altında qəbul edilib.

Sənəd ABŞ tərəfindən Azərbaycana dövlət səviyyəsində yardım verilməsini məhdudlaşdırır. Lakin 2001-ci ildən bəri Amerika səlahiyyətliləri bu hərəkəti müvəqqəti olaraq dayandırıblar.

Bayden prezidentliyə namizəd olanda bu təcrübəyə yenidən baxacağına söz vermişdi. Vaşinqton rəsmən bəyan edir ki, kömək beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək, eləcə də "Azərbaycan sərhədlərinin təhlükəsizliyini gücləndirmək" üçündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO