ABŞ prezidenti Donald Tramp əvvəllər ayrılmış “fövqəladə büdcə xərcləri”ni təxminən 3 milyard dollar azaldacaq. Bunun 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə "Semafor" portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Tramp ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən qəbul edilən 2023-cü il üçün borcların artırılması qanun layihəsi çərçivəsində ayrılan təcili maliyyə vəsaitinin həcmini azaldacaq.
Nəşr yazır ki, Trampın ixtisar etməyi planlaşdırdığı təxminən 2,5 milyard dollar xaricə yardım, o cümlədən miqrasiya və qaçqınlarla məşğul olan QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılmalı idi.
Bununla belə, tədbirlər müttəfiqlərə, o cümlədən Ukraynaya hərbi yardıma təsir etməyəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:30 / 25.03.2025
Tramp xarici yardım xərclərini daha da AZALDACAQ
Hazırda oxunan: Tramp xarici yardım xərclərini daha da AZALDACAQ
Hazırda oxunan: Tramp xarici yardım xərclərini daha da AZALDACAQ
240906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.