İsrail şərtlərini AÇIQLADI: Savaş yalnız bu halda başa ÇATACAQ

İsrail şərtlərini AÇIQLADI: Savaş yalnız bu halda başa ÇATACAQ

Hazırda oxunan: İsrail şərtlərini AÇIQLADI: Savaş yalnız bu halda başa ÇATACAQ

240877

“Qəzza zolağında hərbi əməliyyat HƏMAS nümayəndələri saxladıqları bütün girovları azad etdikdən, Qəzza silahsızlaşdırıldıqdan və HƏMAS və İslami Cihad qruplarının silahlı birləşmələri bölgədən çıxarıldıqdan dərhal sonra başa çatdırıla bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ilə birgə mətbuat konfransında deyib.

“Məqsədlərimizə diplomatik yollarla nail olmaqdan məmnun olardıq. Amma bu mümkün olmasa, hərbi səylərimizi davam etdirməkdən başqa seçimimiz yoxdur”, - Saar bildirib.

İsrailin xarici işlər naziri qeyd edib ki, Yaxın Şərqdə sabitlik və deradikalizasiya zəifliklə əldə edilə bilməz:

"Artıq bir həftədir ki, İsrail Qəzzada terrorçu HƏMAS-a qarşı fəaliyyət göstərir. İsrail ABŞ-ın xüsusi nümayəndəsi Steve Uitkoffun müvəqqəti atəşkəsin uzadılması təklifi ilə razılaşdı, lakin HƏMAS bunu iki dəfə rədd etdi. Onlar hələ də 59 vətəndaşımızı girov saxlayırlar,” deyən Saar, HƏMAS-ın İsrailə başqa seçim qoymadığına diqqət çəkib.

Bundan əlavə, İsrail XİN başçısı qeyd edib ki, Qəzza zolağında atəşkəsin davam etdiyi 42 gün ərzində İsrail Qəzzaya humanitar yardım daşıyan 25 min yük maşını buraxıb.

Qeyd edək ki, artıq bir neçə gündür ki, İsrail yenidən Yaxın Şərqdə hərbi əməliyyatlara start verib. Tel-Əviv 19 yanvarda əldə edilən atəşkəs razılaşmasından sonra martın 18-dən başlayaraq, Qəzza zolağına qarşı yenidən genişmiqyaslı hava hücumları həyata keçirib. İsrailin müdafiə naziri bildirib ki, HƏMAS qalan 59 girovu azad etməsə, hərbi əməliyyatları dayandırmayacaqlar.

Məlumatlara görə, hava hücumları nəticəsində ən azı 400 fələstinli həlak olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO