ABŞ-dan açıq TƏHDİD – “İrana qarşı döyüş əməliyyatlarına başlaya BİLƏRİK”

ABŞ-dan açıq TƏHDİD – “İrana qarşı döyüş əməliyyatlarına başlaya BİLƏRİK”

Hazırda oxunan: ABŞ-dan açıq TƏHDİD – “İrana qarşı döyüş əməliyyatlarına başlaya BİLƏRİK”

240799

“ABŞ müəyyən şəraitdə İrana qarşı döyüş əməliyyatları apara bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib.

“Biz bütün məsələləri hərbi yolla həll etməyə ehtiyac duymuruq, lakin bu o demək deyil ki, əgər bizi müəyyən bir həddə gətirsələr, biz döyüş əməliyyatlarına əl atmayacağıq, biz bunu müəyyən şəraitdə edəcəyik”, – deyə o qeyd edib.

Uitkoff əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi “İranın nüvə bombasına sahib olmaması”dır.
 

“Biz onların nüvə arsenalı yaratmağa başlamasına imkan verə bilmərik. Bu baş verməməlidir”, – diplomat vurğulayıb.


Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın 20-də İranın ali rəhbəri Əli Xameneyiyə yazdığı məktubda nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün İslam Respublikasına iki ay müddət verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO