Peskov: “Taxıl sazişinin bərpası üzrə danışıqlar asan olmayacaq”

Peskov: “Taxıl sazişinin bərpası üzrə danışıqlar asan olmayacaq”

Hazırda oxunan: Peskov: “Taxıl sazişinin bərpası üzrə danışıqlar asan olmayacaq”

240708

Bazar ertəsi Rusiya və ABŞ arasında Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı keçiriləcək danışıqlar asan olmayacaq.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz təşəbbüsünün bərpasına razılığını müzakirə etməyi nəzərdə tuturuq, yenə də bizim danışıqçılarımız bu problem ətrafındakı nüansları müzakirə etməyə hazır olacaqlar ki, bu nüansların da sayı çox böyük”, – Kreml nümayəndəsi vurğulayıb.

“Əvvəllər, Qara dəniz sazişinin zəmanətçisi BMT-nin Baş katibi cənab Antoniu Quterriş olduğu zaman, biz bütün öhdəliklərimizi yerinə yetirdik, lakin bizə qarşı öhdəliklər icra olunmadı. Buna görə də yenə də asan olmayan danışıqlar gözlənilir”, – Peskov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO