İsrail ordusu Rafah sakinlərinə səsləndi: Bölgəni tərk edin!

İsrail ordusu Rafah sakinlərinə səsləndi: Bölgəni tərk edin!

Hazırda oxunan: İsrail ordusu Rafah sakinlərinə səsləndi: Bölgəni tərk edin!

240643

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda yerləşən Rafah şəhərinin Təl-Sultan bölgəsində yaşayan sakinlərə dərhal ərazini tərk edərək şimaldakı əl-Mavasi bölgəsinə köçmələri üçün təcili xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu bəyanatı İsrail ordusunun sözçüsü Aviçai Edri yayıb.
 

Xatırladaq ki, 18 mart tarixində İsrail ordusu yanvar ayında əldə edilən atəşkəs rejimini pozaraq, Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.


Baş nazir Benyamin Netanyahunun ofisi əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib.

HƏMAS vasitəçilərin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun təkliflərini rədd edib və döyüşlərin yenidən başlanmasına görə İsrail və ABŞ-ı günahlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO