HƏMAS-ın daha bir lideri öldürüldü

HƏMAS-ın daha bir lideri öldürüldü

Hazırda oxunan: HƏMAS-ın daha bir lideri öldürüldü

240624

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin kənarına endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının siyasi bürosunun üzvü Salah əl-Bərdəvil öldürülüb.

Bizim.Media xəbər verir ki, məlumatı “Al Hadath” telekanalı yayıb.
 

Bildirilir ki, əl-Bərdəvil Xan Yunisin qərbində yerləşən əl-Məvasi bölgəsində köçkünlər üçün düşərgədə olub. Kanalın xəbərinə görə, həyat yoldaşı da onunla birlikdə dünyasını dəyişib.


HƏMAS hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Əl-Bərdəvil Fələstin Qanunvericilik Şurasının (birpalatalı parlament) üzvü və eyni zamanda Xan Yunisdə HƏMAS hərəkatının rəsmi nümayəndəsi idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO