Fransa prezidenti Emmanuel Makron Drome departamentindəki insanlarla ünsiyyət qurarkən vətəndaşlardan birinin aldığı şillə olayına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, “Le Dauphine” regional saytına verdiyi müsahibədə fikirlərini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Gənc oğlan Makronun üzünə şillə vurdu - Fransanı şoka salan VİDEO
Makron hadisənin əhəmiyyətini şişirtməməyi tövsiyə edib.
"Belə insident ilk dəfədir, ona görə də gəlin, şişirtməyək. Bu, hamını narahat edən digər problemlərdən diqqəti yayındırmamalıdır", deyə o vurğulayıb.
Xatırladaq ki, Makronun dünən Drome departamentində gəzintisi zamanı bir nəfər onun üzünə şillə vurub. Hadisə fransız liderin alçaq metal hasarın arxasında toplaşan bir dəstə yerli sakinə yaxınlaşanda baş verib. O, kişilərdən birinin əlindən tutaraq ona nəsə deyib, cavab olaraq isə üzünə bir zərbə alıb. Hadisədən sonra iki nəfər nəzarətə alınıb.
Bizim.Media