Rusiya və ABŞ nümayəndələri bu tarixdə GÖRÜŞƏCƏKLƏR

Rusiya və ABŞ nümayəndələri bu tarixdə GÖRÜŞƏCƏKLƏR

Hazırda oxunan: Rusiya və ABŞ nümayəndələri bu tarixdə GÖRÜŞƏCƏKLƏR

240410

Martın 23-də Rusiya nümayəndə heyəti ABŞ nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Səudiyyə Ərəbistanına gedəcək. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin məlumat verib.

Millət vəkilinin sözlərinə görə, iclas martın 24-nə təyin edilib.

“Biz çərşənbə axşamı (25 mart) geri qayıdacağıq”, - deyə o, bildirib.
 

Qeyd edək ki, martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Rusiya lideri Vaşinqtonun Moskva və Kiyevə 30 gün ərzində enerji obyektlərinə qarşılıqlı zərbə endirməmək təklifi ilə razılaşıb.


Dövlət başçısı həmçinin Qara dənizdə gəmilərin təhlükəsizliyinin təmin edilməsi təşəbbüsünün həyata keçirilməsi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO