Sergey Şoyqu:

Sergey Şoyqu: "İdlibdə yeni hərbi əməliyyatlar olmayacaq"

Hazırda oxunan: Sergey Şoyqu: "İdlibdə yeni hərbi əməliyyatlar olmayacaq"

240408
Moderator.az TASS-a istinadən xəbər verir ki, 17 sentyabrda Rusiya müdafiə naziri Sergey Şoyqu Suriyanın İdlib əyalətində yeni əməliyyatların olmayacağını bildirib.xa0

Onun sözlərinə görə, yaxın saatlarda bu qərarın detalları ərəb respublikası hakimiyyəti ilə razılaşdırılacaq.

“Yaxın saatlarda biz Suriya tərəfi ilə bu qərarla əlaqədar bütün mövqeləri razılaşdıracağıq”- müdafiə naziri belə deyib.

Xatırladaq ki, bu gün 17 sentyabrda Soçidə Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında danışıqlar baş tutub. Görüşün nəticələrinə görə hər iki ölkənin müdafiə nazirliyi İdlibdə vəziyyətin sabitləşməsi üçün memorandum imzalayıb. Məlum olub ki, Moskva və Ankara Suriyanın bu əyalətinin demilitarizasiyası və radikal dəstələrin ləgv edilməsi ilə razılaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO