ABŞ-ın Ohayo ştatında yaşayan Marissa Alkornun bilmədən adlığı rəsmi əsəri ona böyük pullar qazandırıb.
Bizim.Media UPİ-yə istinadən xəbər verir, qadın həmin əsəri bir dükanda görüb və cəmi 2,99 dollara alıb.
Daha sonra tablonu maşına qoyarkən üzərindəki imzanı görən Marissa həmin adı internetdə axtarışa verib.
Məlum olub ki, həmin tablo əsərləri minlərlə dollara satılan məşhur Amerika impressionisti İohan Berthelsenə aid ola bilər.
Qadın tablonu Sinsinnatidəki Caza Sikes auksion evinə aparıb və orada mütəxəssislər bunun həqiqətən də Berthelsenin "Şapel, Müqəddəs Patrik Kilsəsi" adlı əsəri olduğunu təsdiqləyiblər.
Marissa sonda tablonu 2875 dollara şəxsi kolleksiyaçıya satıb. Marissa pulu toyuna xərcləməyi planlaşdırır.
Bizim.Media