Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrindən ibarət sülhməramlı kontingentin Ukraynaya göndərilməsinə alternativ variantı nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti yazıb.
“Makron Starmerin Ukrayna planına alternativ axtarır. Makron Avropa qoşunlarının Ukraynaya yeridilməsinin alternativlərini fəal şəkildə araşdırır”, - nəşr bildirib.
Məlumata görə, Makronun nəzərdən keçirdiyi alternativ dedikdə, söhbət Moskva və Kiyev arasında potensial sülh sazişinə əməl olunmasına nəzarət etmək üçün BMT missiyasının Ukraynaya göndərilməsindən gedir.
Qeyd edək ki, BMT-nin sülhməramlı əməliyyatları Təhlükəsizlik Şurasının təsdiqi ilə reallaşır. Rusiya və ABŞ isə Təhlükəsizlik Şurasında veto hüququna malikdirlər.
Bizim.Media